Bu gün Məhəmməd peyğəmbərin (s) həyat yoldaşı Hz. Xədicənin (ə) vəfat günüdür

08 Iyul 2014, 10:52

Hz. Xədicə (ə) Məhəmməd peyğəmbərə (s) evlilik təklif etməsi, Peyğəmbərdə (s) gördüyü sədaqət, səmimilik, düzlük və əmanətdarlıq sifətlərindən irəli gəlirdi. Az keçmədi ki, Peyğəmbər (s) bütpərəstlərlə qarşı-qarşı duranda Xədicə (ə) bütün əmlakını İslam yolunda sərf etməyə icazə verdi.

ƏƏSMN-nin “Qaynar xətt”inə müraciətlər 1,5 dəfə azalıb

08 Iyul 2014, 10:08

“Qaynar Xətt”ə ünvanlı dövlət sosial yardımı, sosial müavinət və sosial xidmət məsələləri üzrə 2372 müraciət daxil olub ki, bu da qeyd olunan dövrlə müqayisədə 1,3 dəfə azdır. Məşğulluq məsələlərinə dair müraciətlərin sayı isə 2 dəfəyə yaxın azalaraq 93-ə enib.

Mikayıl Cabbarov Xırdalanda vətəndaşları qəbul edəcək

08 Iyul 2014, 10:04

14 iyul 2014-cü il tarixində saat 10:00-da təhsil naziri Mikayıl Cabbarov Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.

Ramazan ayında 10-cu günün duası

08 Iyul 2014, 09:20

“Allahumməc’əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc’əlni fihi minəl-faizinə lədeyk. Vəc’əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Diqqət: Bazarlarımızda zəhərli qarpızlar var!

07 Iyul 2014, 15:30

“Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri təsərrüfata ciddi nəzarət etməli, əkin, biçin zamanı xoşagəlməz halların baş verməməsi üçün daimi nəzarət mexanizminə riayət etməlidirlər”.

BDU tələbələri Quba və Xızıya yola salındı

07 Iyul 2014, 14:32

Filologiya, Tarix, Biologiya, Ekologiya və torpaqşünaslıq, Geologiya, Coğrafiya fakültələrinin 1000-dək tələbəsi prorektorların və fakültə dekanlarının rəhbərliyi altında təcrübə rəhbərləri ilə birlikdə bu gün avtobuslarla universitetin Qubada yerləşən Tədris-təcrübə və istirahət mərkəzinə, o cümlədən Xızıda yerləşən "Altıağac"dakı Tədris-təcrübə bazasına yola salınıblar.

“İnternet mediası xəbərləri dəqiqləşdirmədən yayımlayır”

07 Iyul 2014, 14:16

“Ölkədəki saytlar ciddi şəxslər tərəfindən idarə olunur”.

DYP əməkdaşları Nabranda reyd keçiriblər - Foto

07 Iyul 2014, 13:58

Reyddə 62 nəfərin ümumi qayda pozuntusuna yol verdiyi faktı üzə çıxıb. Bunlardan 8-i sərxoş, 7-si sürət həddini aşma, 47-si ötmə, avtomobilində artıq avadanlıq quraşdırma və digər qayda pozuntuları müşahidə olunub.

"Ramazanda valideynlərə baş çəkmək tövsiyə olunur"

07 Iyul 2014, 13:49

"Valideynləriniz dünyadan gedibsə onların məzarları və qəbirləri üstünə gedib, onların ruhuna Quran oxutdurun. Bunu etsəniz sizin dünyadan gedən yaxınlarınız sizə axirətinizi xatırladacaq. Valideynlərin məzarını məhz Ramazanda ziyarət etmək daha çox önəmlidir”.

Milli Qəhrəmanımız cəbhə xəttində döyüşçülərə məsləhətlər verib

07 Iyul 2014, 12:29

Şəxsi heyət Milli Qəhrəmanın xatirələrini dinləyib və bu bölgədə gedən qanlı döyüşlərdə Azərbaycan oğullarının göstərdikləri rəşadət və igidliklər barədə söhbətinə maraqla qulaq asıblar.

İş nömrəsini və şifri unutmuş şəxslərin nəzərinə!

07 Iyul 2014, 12:24

Azercell, Bakcell və ya Nar Mobile mobil rabitə operatorları vasitəsilə 7725 nömrəsindən “Elektron ərizə vermək üçün ödəmə kartı” əldə edib iş nömrəsini və şifri unutmuş şəxslər unutduqları məlumatları təkrar olaraq telefonlarına ala bilərlər.

Allahşükür Paşazadədən Sabirabad olaylarına reaksiya

07 Iyul 2014, 12:09

“O ki, qaldı kimlərinsə neçə maşınla buradan Sabirabada hərəkət etməsi, vəhhabilərin kimlərəsə kütləvi hücum etmələri kimi əsassız xəbərlərin yayılmasına, bu daha çox hadisələrin qızışdırılmasında maraqlı olan qüvvələrin təxribatına oxşayır”.

Gəncədə 8 rayonun işəgötürənləri üçün “Açıq qapı” günü-vətəndaş forumu keçirilib

07 Iyul 2014, 11:17

“Əmək müqaviləsi bildirişi sənin əmək hüquqlarının müdafiəsinin təminat formasıdır” adı altında keçirilən “Açıq qapı” günü-vətəndaş forumunda Gəncə şəhəri ilə yanaşı, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Samux və Göy-göl rayonlarında fəaliyyət göstərən işəgötürənlər, ayrı-ayrı vətəndaşlar iştirak ediblər.

Lent

Ən çox oxunan