“Alo İnterAz” xəbər xətti istifadəyə verilir

070 5555 313 “WhatsApp” nömrəsinə şahidi olduğunuz, xəbər məzmunu daşıdığını düşündüyünüz hadisələrin foto və videolarını göndərməklə doğru və sürətli xəbər verməkdə bizə yardımçı ola bilərsiniz

Bakı, Nazilə Xaqani, İnteraz - 04 Iyun 2016, 16:46

İnterAz televiziyası “Alo İnterAz” “WhatsApp” xəbər xətti qurub.

Xəbər hər yerdədir düşüncəsi ilə yola çıxan İnterAz televiziyası xəbərlərin daha tez çatdırılması üçün “WhatsApp” xəbər xətti qurub. 070 5555 313 “WhatsApp” nömrəsinə şahidi olduğunuz, xəbər məzmunu daşıdığını düşündüyünüz hadisələrin foto və videolarını göndərməklə doğru və sürətli xəbər verməkdə bizə yardımçı ola bilərsiniz.

Sizin 070 5555 313 WhatsApp xəbər xəttinə göndərəcəyiniz məlumatlar redaktorlar tərəfindən araşdırılacaq və araşdırmanın sonunda xəbər məzmunu daşıyan məlumatlar interaztv.com saytında yayımlanacaq və İnterAz televiziyasının efirində nümayiş olunacaq.

Məlum olduğu kimi, mobil cihazlara yüklənən tətbiqlərdən ilk sırada olan “WhatsApp”ın 1 milyarddan çox aktiv istifadəçisi var. “WhatsApp” sizə internet vasitəsi ilə mesajlaşma, video və şəkil göndərmək kimi bir çox xüsusiyyət təqdim edir.