İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 17:14

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İnterAz-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

 

Havanın maksimal temperaturu dağətəyi rayonlarda 13-18, dağlıq rayonlarda 8-13 dərəcə isti təşkil edəcək.

 

Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 17-21, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında oktyabrın 13-ü gündüz, 14-də gün ərzində, əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan Muxtar Respublikasında hava şəraiti, əsasən, yağmursuz keçsədə, səhər saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 19-24 dərəcə isti təşkil edəcək.

 

Nazirlik paytaxt qonaqlarının nəzərinə çatdırır ki, okytabrın 13-də gecə və səhər, 14-də isə günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oktyabrın 13-də gündüz, 14-də gün ərzində mülayim şimal-şərq küləyi üstünlük təşkil edəcək.

 

Havanın maksimal temperaturu 17-20 dərəcə isti təşkil edəcək.