Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb

Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 13:11

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb. 

 

İnterAz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

 

Belə ki, Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini Rayis Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobildən ona və sərnişini Hətəm Cəfərova məxsus müvafiq sənədləri olmayan 2 ədəd “TOZ” markalı ov tüfəngləri götürülüb.

 

Bundan başqa, Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Vüsal Əliyevdən də müvafiq sənədləri olmayan “Gifsan” markalı ov tüfəngi götürülüb.