Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 12:25

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.  

 

İnterAz Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə oktyabrın 11-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində qeydə alınıb. 

 

Belə ki, Bakı şəhər sakini Elməddin Diniyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Məmməd İsbəndiyarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Nizami rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.