Market satıcısı iş yoldaşlarını bıçaqlayıb

Hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxaran zaman baş verib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 21 Iyun 2018, 12:27

Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

İnterAz-ın verdiyi xəbərə görə, məlumatda bildirilib ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

Hadisə 1996-cı il təvəllüdlü Vüqar adlı şəxs "Araz" marketin qarşısındakı bankomatdan pul çıxaran zaman baş verib.Vüqarın anasının sözlərinə görə, oğlu, 1997-ci il təvəllüdlü dostu Səlimov Kənan Nəsimi oğlu ilə birgə bankomatdan pul çıxarıb evə getmək istəyən zaman, onları naməlum şəxslər arxadan bıçaqlayıblar. Pul Vüqarda olduğundan ona daha çox bıçaq zərbəsi vurulub və o, yerində keçinib.Hadisəni törədən şəxslər pulu götürərək qaçıblar. Əraziyə Sabunçu Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları cəlb olunub.Maştağa qəsəbəsində dava edənləri ayıran zaman 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu bıçaq xəsarəti alıb, daha bir nəfər isə ölüb.