Sabunçuda “FORD” markalı yük avtomobili yanıb

Ümumi sahəsi 40 kv.m olan qarajın taxta atmaları və içərisində olan “FORD” markalı yük avtomobilinin yanar hissələri yanıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 19 Iyun 2018, 13:52

Bakının Sabunçu rayonunda yanğın olub.

 

İnterAz-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 40 kv.m olan qarajın taxta atmaları və içərisində olan “FORD” markalı yük avtomobilinin yanar hissələri yanıb.

 

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.