Artur Rasi-zadənin iştirakı ilə Milli Məclisin plenar iclası keçirilir

İclasın gündələyinə 7 məsələ daxildir

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 12:51

Azərbaycan Milli Məclisinin plenar iclası başlayıb.

İnterAz xəbər verir ki, iclasda Baş nazir Artur Rasi-zadə dail olmaqla hökumət nümayəndələri də iştirak edir.

İclasın gündələyinə 7 məsələ daxildir.

Belə ki, iclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəri müzakirə olunacaq.

Bundan başqa, Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri də müzakirəyə çıxarılacaq.