Dövlət sərhədini pozan 39 nəfər saxlanılıb

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülüb

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 10:56

Bu ilin oktyabr ayı ərzində dövlət sərhədini pozduqlarına görə 39 nəfər saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən İnterAz-a verilən məlumata görə, onların 16 nəfəri Azərbaycan, 8 nəfəri Özbəkistan, 6 nəfəri Tacikistan, 2 nəfəri İran, 2 nəfəri Pakistan, 1 nəfəri Ru­­­siya, 1 nəfəri Moldova, 1 nəfəri Qırğızıstan, 1 nəfəri Şri-Lanka, 1 nə­fə­ri Hin­­distan vətəndaşları olub.

Sərhəd rejim pozucusu qismində 17 halda 38 nəfər saxlanılaraq ba­­rələrində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədindən keçid məntəqələrində rejim qaydalarını poz­duq­la­rı­na görə 2168 nəfər, o cümlədən ölkədən çıxışı qadağan olundu­ğuna görə 1158, ölkəyə girişi qadağan olunduğuna görə 117, vizası ol­madığına görə 302, vizasının və pasportunun müddəti bitdiyinə görə 152, müvafiq sənədi olmadığına görə 95, ölkədə müddətdən artıq qal­dığına gö­rə 161, etibarnaməsi olmadığına görə 183 nəfər dövlət sər­hə­dindən bu­raxıl­ma­yıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 478 nə­fər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə təd­birləri nəticəsində 1 kq 758,88 qram narkotik maddə aşkar edilərək götü­rül­üb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata ke­çirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 269 min 310 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd RQD-5 əl qum­barası, 2 ədəd qayıq, 1 ədəd xəncər, 35000 ABŞ dolları, 2190000 Ru­si­ya rublu, 4769 qutu pirotexniki vasitə, 931 qutu siqaret, 131 ədəd mobil te­lefon, 3854 ədəd müxtəlif növ dərman preparatları, spirtli içkilər, sə­na­ye və kənd təsərrüfatı malları saxlanılıb.