Bakıda zavodda partlayış olub, ölən və xəsarət alan var

Hazırda hadisə yerində araşdırma aparılır

Bakı, Nazilə Xaqani, İnteraz - 20 Noyabr 2017, 13:08

Bakıda zavodda partlayış olub.

İnterAz xəbər verir ki, partlayış bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.

Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır. 

APA