Azərbaycanda növbəti dəfə zəlzələ baş verib

Yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb

Bakı, Nazilə Xaqani, İnteraz - 17 Noyabr 2017, 17:59

Azərbaycanda növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən İnterAz-a verilən məlumata görə, yerli vaxtla saat 17:27-də Ağdam ərazisində zəlzələ qeydə alınıb.

Maqnitudası 4.7, dərinliyi 25 km olan zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.