Bakı metrosunda qadın relslərin üstünə yıxılıb

Hadisə səhər saat 08:18 radələrində baş verib

Bakı, Nazilə Xaqani, İnteraz - 15 Noyabr 2017, 11:34

Noyabrın 15-də səhər saatlarında metronun “Xalqlar Dostluğu” stansiyasında qadın qatar relslərinin üzərinə yıxılıb.

İnterAz xəbər verir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hadisə səhər saat 08:18 radələrində baş verib: "1963-cü il təvəllüdlü Sevda Osmanova adlı sərnişin “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxt relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist qatarı saxlayıb, qadını oradan çıxarıblar. Başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir".

N.Paşayev bildirib ki, nəticədə "Xalqlar Dostluğu"-“Dərnəgül” istiqamətində qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb: "Hazırda intervalda yaranan problem aradan qaldırılıb və qatarların normal hərəkəti bərpa olunub".