Quşlar Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin uçuşunu ləngidib

Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Sentyabr 2017, 10:43

Təbriz-Bakı reysini yerinə yetirən təyyarənin mühərrik bölməsində quş aşkarlanması səbəbindən uçuş təxirə salınıb.

İnterAz AZƏRTAC-a istiandən xəbər verir ki, İranın ATA Hava Yollarına məxsus təyyarə Təbrizin hava limanından Bakı istiqamətinə uçuşa hazırlaşarkən kapitan mühərrikdən qeyri-adi səsin gəldiyini duyub və mühərrikin yoxlanılmasını istəyib. Yoxlama zamanı məlum olub ki, mühərrikin yerləşdiyi bölməyə bir neçə quş girib.

Quşlar mühərrik bölməsindən götürüləndən sonra təyyarənin uçmasına icazə verilib.