Azay Quliyev Binəqədi rayonunda seçiciləri ilə növbəti görüşünü keçirib

Deputat qaldırılan məsələlərin araşdırılaraq həll edilməsi istiqamətində müvafiq addımlar atacağını bildirib

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 09:29

12 sentyabr 2017-ci ildə deputat Azay Quliyev Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

İnterAz xəbər verir ki, Azay Quliyev seçicilərin mənzil-kommunal, məhkəmə qərarlarının icra vəziyyəti və müxtəlif dövlət qurumları ilə bağlı müraciətlərini dinləyib. Deputat qaldırılan məsələlərin araşdırılaraq həll edilməsi istiqamətində müvafiq addımlar atacağını bildirib.