Türkiyənin tanınmış sənətçisi Uğur Işılak "Dombra" mahnısına yeni klip çəkib

Azərbaycan kanallarında da tez-tez yayımlanan klipdə türk millətinin tarixi, mədəniyyəti, ruhu öz əksini tapır

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Sentyabr 2017, 12:00

Türkiyənin çox tanınmış və sevilən sənətçisi Uğur Işılak türk dünyasında sevilən “Dombra” əsərinə çəkilən  klipini təqdim edib. Klip  yayıldığı ilk gündən rekord sayda izlənilib.

İnterAz-ın verdiyi xəbərə görə, Azərbaycan kanallarında da tez-tez yayımlanan klipdə türk millətinin tarixi, mədəniyyəti, ruhu öz əksini tapır.



Qeyd edək ki, Uğur Işıla bu vaxta qədər də türk tarixi və mədəniyyətini əks etdirən əsərlər və albomlar hazırlayıb. Bunların arasında Mehmet Akif Ersoyun, Sultan Səlim, Sultan Süleyman və Sultan Fatehin şeirlərinə bəstələnmiş əsərləri, Nəcib Fazıl albomunu və. s göstərmək olar.