Qəbirtəmizləyənlərin tükürpərdən fəaliyyəti

Qəbirlərin 1500-ü uşaqlara aiddir

  • 20

Bakı, Ceyhun Nəzərov, İnteraz - 09 Yanvar 2017, 13:48

Əgər qəbirlərin icarə müddəti başa çatıbsa və ya icarə haqqı ödənilməyibsə, o zaman sərdabə qəbir təmizləyiciləri tərəfindən açılır, cəsəd oradan çıxarılır və yenidən dəfn edilir.

 

 

Qohumlarının arxasınca gəlmədiyi bütün cəsədlər polietilen torbalara qoyulur və kütləvi məzarlıqda dəfn edilir. Yerüstü qəbirlərdə dəfn edilənlərin cəsədləri tez quruyur, deməli onlar çürümür, mumiyalaşır. Qvatemala qəbiristanlıqlarında belə qaydalar hökm sürür.

 

 

Qvatemala paytaxtında yerləşən 2 ən böyük qəbiristanlıqda yer olmadığından qohumları ölmüş şəxslər üçün qəbirləri icarəyə götürür. Qohumlar icarə haqqını gecikdirdikləri halda qəbiristanlıq işçiləri cəsədi qəbirdən çıxararaq kütləvi məzarlığa aparırlar.

 

 

Əsasən xristian katoliklərin yaşadıqları bu ölkədə ictimai qəbiristanlıqlardan istifadə etməyə məcbur olanlar qəbrin ilk 6 illik icarəsi üçün təxminən 25 dollar ödəyirlər. Daha 4 il üçün 23 dollar ödənilməlidir. Bundan sonra hər 4 ildən bir ödəniş etmək tələb olunur. Lakin qidalanmaqda belə çətinlik çəkən yoxsul ölkə əhalisi üçün  bu böyük məbləğdir.

 

 

Qəbiristanlıq administratorunun sözlərinə əsasən, hökumət bu yaxınlarda ölən 3600 nəfərin qohumlarına teleqram yollayıb. Qəbirlərin 1500-ü uşaqlara aiddir.

 

 

Proses adətən ildə iki dəfə həyata keçirilir.