Yumurta sarısındakı ağ "sap"ın sirri

Diqqətli olun, bu kiçik detala hər zaman fikir verin!

  • 7

Bakı, Ceyhun Nəzərov, İnteraz - 09 Yanvar 2017, 11:27

Səhər yeməyində və ümumiyyətlə hazırlanan qidalarda yumurtadan geniş istifadə edilir. Lakin yumurta qabığını qırdıqdan sonra qaba nəzər saldıqda yumurta sarısı yanında ağ “sap”ın yer aldığı müşahidə etmək olar. O, hazırlanan xörəkdə praktiki olaraq görünməz olur, çiy vəziyyətdə isə yumurtanın təzəliyi barədə xəbər verə bilər. Lakin ağ “sap”ın əsasında bir çox başqa məlumatları da əldə etmək olar:

 

Bu “sap”xalaza adlanır və belə görünüşə malikdir. 

 

 

Adətən yumurtada iki xalaza olur. O, sanki yumurta sarısını ortada saxlayan lövbərdir və yumurta sarısına yumurtanın dibinə düşməyə imkan vermir.

 

 

Xalazanın daha bir funksiyası yumurta sarısını yumurta qabığı ilə birləşdirməsidir. 

 

 

Yumurta nə qədər köhnə olarsa, bu “sap” bir o qədər nazik olar. Bu səbəbdən qırdığınız yumurtada xalazanı müşahidə etmirsinizsə, çox güman ki, həmin yumurta xarabdır. 

 

 

Diqqətli olun, bu kiçik detala hər zaman fikir verin!