Milyarder Mark Zukerberqin evi

Bu yaxınlarda Zukerberq “Carvis” adlı ağıllı evini təqdim etdiyi videonu şəbəkəyə yerləşdirib

  • 19

Bakı, Ceyhun Nəzərov, İnteraz - 05 Yanvar 2017, 17:51

Proqramçı və “Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq planetin ən varlı insanlarından biridir. 

 

 

Bu yaxınlarda Zukerberq “Carvis” adlı ağıllı evini təqdim etdiyi videonu şəbəkəyə yerləşdirib. Mark süni intellekt barədə danışaraq çəkiliş qrupu üçün ev üzrə ekskursiya təşkil edib.

 

 

Evdə dəbdəbə əlaməti mövcud deyil, minimalizm stili üstünlük təşkil edir. 

 

 

Zukerberq Palo-Altodakı evinin eksteryer və interyerini nümayiş etdirib. Mark və ailəsinin yaşadığı evin bir neçə otağı kamera obyektivinə tuş gəlib. Ev bir neçə il bundan əvvəl 7 milyon dollara alınıb.

 

 

Mark həyat yoldaşı Prissilla ilə birgə 45 milyard dollar dəyərə malik “Facebook” aksiyalarının özlərinə aid səhmlərinin 99%-ini xeyriyyəçiliyə sərf etməyi planlaşdırır.