Fazil Məmmədov Göyçayda vətəndaşları qəbul edib

Qəbulda Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından 40-dək vətəndaş nazirə müraciət edib

Göyçay, Rəşid Rəşidov, Vüsal Nəbiyev, İnteraz - 30 May 2014, 13:17

Bu gün Vergilər naziri Fazil Məmmədov Göyçayda Göyçay, Ağdaş, Ucar və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Qəbulda əsəsən vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dək vətəndaş nazirə müraciət ediblər.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.