Güclü leysan Qubada Tülər kəndini iki hissəyə "bölüb"

Təxminən 50-dən artıq insan saatlarla çay kənarında gözləmək məcburiyyətində qalıb

Quba, Rauf Əhmədov, Vüsal Nəbiyev, İnteraz - 30 May 2014, 09:31

Qubaya yağan leysan yağışları bir sıra fəsadlar yaradıb. Yağışdan sonra Ağçayın daşması Tülər kəndi ilə əlaqənin tamamilə kəsilməsinə səbəb olub. Yerli sakinlər evlərinə getməkdə çətinliklə üzləşib. Təxminən 50-dən artıq insan saatlarla çay kənarında gözləmək məcburiyyətində qalıb.

Sel suları Tülər kəndində, həmçinin 5-dək evə ziyan vurub, 6 baş iribuynuzlu heyvanı sel aparıb. Kəndin icra nümayəndəsi Oqtay İsayev dəymiş ziyanın araşdırılacağını və sakinlərə lazimi köməklik ediləcəyini bildirir.

Qeyd edək ki, hazırda yerli qurumlar yaranmış problemlərin həlli istiqamətində tədbirlər görür.