Bakıda həbsxanaya qanunsuz həblər keçirmək istəyən feldşer saxlanılıb

Fakt üzrə araşdırma aparılır

Bakı, Vüsal Nəbiyev, İnteraz - 29 May 2014, 16:21

Bakıda həbsxanaya qanunsuz həblər aparan feldşer saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasının Tibb-sanitar hissəsinin feldşeri, tibb xidməti leytenantı Namiq Nağı oğlu Sultanovun müəssisəyə daxil olan zaman üzərindən 400 ədəd "Tramadol" həbləri aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.