“Tahir Salahovun ev–muzeyi” İçərişəhərin bir tərkib hissəsinə çevrilib - Fotolent

“Tahir Salahovun ev–muzeyi” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb

Bakı, Vüsal Nəbiyev, İnteraz - 02 Aprel 2014, 16:30

İçərişəhərdə tarixi abidələrlə yanaşı fəaliyyət göstərən qurumlar, xüsusən də, muzeylər artıq İçərişəhərin bir tərkib hissəsinə çevrilib. Bu muzeylərdən biri də İçərişəhərdəki dünya şöhrətli rəssam, dahi azərbaycanlı Tahir Salahovun ev muzeyidir. “Tahir Salahovun ev–muzeyi” Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb. Ev-muzeyi Tahir Teymur oğlu Salahovun Azərbaycan dövlətinə bağışladığı özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıbdır.

Muzey Bakı, İçərişəhər, İlyas Əfəndiyev küç. 55/ 3, döngə 1 ünvanda yerləşir.