Məhərrəm ayı boyunca İnterAz-ın efirində "Muxtarnamə" yayımlanacaq

45 bölümdən ibarət olan bu serialın hər seriyası 50-55 dəqiqədir

Bakı, Cavid Babayev, İnteraz - 01 Oktyabr 2016, 19:22

Məhərrəm ayı boyunca, oktyabr ayının 3-dən hər gün, saat 21:00-da, təkrarı saat 15:00-da İnterAz-ın efirində "Muxtarnamə" teleserialının yayımı reallaşacaq. Filmdə zülm və haqsızlıq qarşısında səssiz qalmayan Muxtarın zalimlərə qarşı verdiyi mücadilənin hekayəsi görüntüyə alınıb. Filmin rejissor və prodüsseri Davud Mirbağırindir.

Teleserial imam Hüseynin qatillərindən qisas almağa çalışan Muxtar Səqəfinin həyat hekayəsini və Əməvilərə qarşı qiyamını özündə əks etdirir. 45 bölümdən ibarət olan bu serialın hər seriyası 50-55 dəqiqədir.

Teleserialın çəkilişləri 2 il davam edib və büdcəsi 20 milyon ABŞ dolları təşkil edir. Serialda 100 baş və 400 köməkçi aktyorlar iştirak edib. Serial yayınlanmağa başlaması ilə xüsusən Ərəb ölkələrində çox bəyənilib və çox sayda izləyici toplamağı bacarıb. Serialın beynəlxalq aləmdəki adı "Mokhtar nameh"dır. Serialın hazırlanması 2010-2011-ci illərdə başa çatıb.

Film Salam studiyası tərəfindən tərcümə və dublaj olunub. Bu dublaj ilk dəfə Tv məkanda yayımlanacaq.