Prezident Dövlət Himninin musiqisi və mətnini təsdiqləyib

Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu, eləcə də Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Noyabr 2018, 08:29

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətninin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.

 

İnterAz xəbər verir ki, musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilib.

 

Dövlət başçısı həmçinin Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu, eləcə də Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya Qanununu imzalayıb.