İlham Əliyev Fatimei Zəhra məscidini öz hesabına tikdirəcək

Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 20 Sentyabr 2018, 17:51

Prezident İlham Əliyev dindarlar üçün şərait yaradıb. 

 

İnterAz-ın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

 

Onun sözlərinə görə, ötən il ölkədə Hacı Cavad məscidi tikilib.

 

“Bu yaxınlarda prezidentlə məsləhətləşdik və Fatimeyi-Zəhra məscidini prezidentin öz vəsaiti hesabına inşa etdirmək istəyirik. Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq”, - deyə, şeyx qeyd edib.