Zakir Həsənov İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 13:48

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

Müdafiə Nazirliyindən İnterAz-a verilən məlumata görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.