Azərbaycan-Rusiya-Ermənistanın dini liderlərinin görüşü çox gözəl ideyadır - səfir

Əsas Dağlıq Qarabağ münaqişəsinin həllinə dair dialoqun keçirilməsidir

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 17:20

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən dialoq qəbulediləndir.

İnterAz “SalamNews”a istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənsitandakı səfiri Jen François Çarpentier deyib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya-Ermənistanın dini liderlərinin görüşü çox gözəl ideyadır: “ Görüşün hansı tərəfin təşəbbüsü ilə olduğu heç də əhəmiyyət kəsb etmir. Əsas Dağlıq Qarabağ münaqişəsinin həllinə dair dialoqun keçirilməsidir”.