Tağı Əhmədov: "İşdən çıxarılmağım düzgün qərar idi"

“Çox yerində verilən qərardır"

Bakı, Tural Səftərov, İnteraz - 28 Fevral 2014, 16:16

Ötən gün Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan yeni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəhrərliyinin bu gün təqdimetmə mərasimi olub.

 

İnterAz ANS TV-ə istinadən xəbər verir ki, yeni rəhbərliyin kollektivə təqdimolunması Bakı Metropoliten İdarəsində deyil, Hökumət Evində baş tutub. Dünənədək metropoliten idarəsinin rəhbəri olan Tağı Əhmədov da burada iştirak edib. O, müsahibəsində dəyişikliyin normal olduğunu bildirib.

 

“Çox yerində verilən qərardır. Əgər metropoliten idarəsi birləşib, səhmdar cəmiyyəti yaranırsa, bu yaxşıdır. Mənə gəlincə, camaat 5 il işləyir. Mən bu vəzifədə 15 il işləmişəm, bu bəs deyil?”, - deyə Tağı Əhmədov bildirib.