Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

  • 0
    paylaşım
  • 25

Bakı, Orxan Kərimov, İnteraz, 01 Noyabr 2018, 17:00

Noyabrın 1-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə IV Respublika fənn müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri və təhsil ekspertləri iştirak edib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib ki, son illərdə təhsil sisteminin yenidən qurulması və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir. Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi genişləndirilib, lisey və gimnaziyalarda təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılıb.