Humanitar Forumun plenar sessiyası “Bakı Prosesi”nin 10 illiyinə həsr olunub

  • 0
    paylaşım
  • 17

Bakı, Orxan Kərimov, İnteraz, 26 Oktyabr 2018, 14:06

Oktyabrın 26-da VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Bakı Prosesi” – İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri və perspektivləri” mövzusunda III plenar sessiya işə başlayıb. Əvvəlcə “Bakı Prosesi”ndən bəhs edən film nümayiş etdirilib. Plenar sessiya Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin moderatorluğu ilə keçirilir. “Bakı Prosesi”nin tarixi barədə danışan nazir bildirib ki, bu, mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün Avropa və ona qonşu regionların ölkələrinin mədəniyyət nazirlərinin Avropa Şurası ilə tərəfdaşlıq çərçivəsində 2008-ci il dekabrın 2-3-də Bakıda keçirilmiş konfransı zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. On il ərzində müxtəlif beynəlxalq təşkilatlarla bu məsələdə birgə əməkdaşlıq edilib. Görülən bütün işlər mədəniyyətlərarası dialoqa mühüm töhfələr verib.