Bakıda beynəlxalq inşaat sərgisi açılıb

  • 0
    paylaşım
  • 24

Bakı, Orxan Kərimov, İnteraz, 24 Oktyabr 2018, 09:33

Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq “İnşaat” (“BakuBuild Azerbaijan 2018”), XI Beynəlxalq “İstilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnika və üzgüçülük hovuzu” (“Aquatherm Baku 2018”), Xəzər Beynəlxalq “Mebel, interyer və dizayn” (“Caspian MebelExpo 2018”) sərgilərini ehtiva edən “Xəzər inşaat həftəsi”nin açılışı olub. Sərgilərdə dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir. Bu il Almaniya, Polşa, İtaliya və Rusiya “İnşaat” sərgisində milli qruplar ilə təmsil olunur. Udmurtiya və Tümen diyarlarını təmsil edən şirkətlər sərgidə debüt edir. “BakuBuild Azerbaijan 2018” sərgisi inşaat materialları, döşəmə örtükləri, keramika, üzlük daş, mərmər, qapı-pəncərə, interyer üçün məhsulların bütün çeşidlərini əhatə edir. Lak-boya sektoru və dam materialları həm yerli, həm də xarici şirkətlər tərəfindən geniş təqdim edilir. “BakuBuild Azerbaijan”, “Caspian MebelExpo”, “Aquatherm Baku” və “Securika Caspian” sərgilərinin təşkilatçısı qismində “Iteca Caspian” şirkəti çıxış edir. Sərgilər oktyabrın 26-dək davam edəcək.