Bakıda bal yarmarkası açılıb

  • 0
    paylaşım
  • 12

Bakı, Orxan Kərimov, İnteraz, 08 Oktyabr 2018, 14:28

Bakıda arıçılıq məhsullarının 19-cu respublika satış-sərgi yarmarkası açılıb. Yarmarka “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi üzrə 3 sentyabr 2018-ci il tarixli 120 nömrəli əmrə əsasən keçirilir. Yarmarkaya respublika üzrə 371 sahibkardan 150 ton süzmə bal daxil olub, bunlardan 5 ton çərçivə halındadır. Yarmarkaya ən çox arı məhsulları Astara və Aran rayonlarından gətirilib. Təqdim olunan bal nümunələrinin analizi nəticəsində 30 tona yaxın bal keyfiyyətsiz hesab edilərək, satışa buraxılmayıb. Keyfiyyətsiz bal nümunələri xüsusi anbara yığılaraq möhürlənib və yarmarka başa çatana kimi anbarda saxlanacaq.