Dənizçilik mövzusuna həsr olunan ilk sərginin açılışı olub

  • 0
    paylaşım
  • 13

Bakı, Orxan Kərimov, İnteraz, 01 Oktyabr 2018, 21:34

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin təşkilatçılığı ilə dənizçilik mövzusuna həsr olunan ilk sərginin açılışı olub. Oktyabrın 7-dək davam edəcək sərgidə nümayiş olunan işlər “Gəmiçilik – 160 il”, “Mənim Xəzərim”, “Dəniz cəsurları sevir” mövzularına həsr olunub. Belə ki, təsviri incəsənət nümunələrində Xəzər dənizçilərinin çətin və spesifik əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı, Azərbaycan dənizçilərinin qəhrəmanlıq salnaməsi, Xəzərin əlverişli su yolu olması, zəngin təbii sərvəti, gözəl mənzərələri, biomüxtəlifliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Xəzərdə və beynəlxalq sulardakı fəaliyyəti, dənizçilik sahəsində xüsusi əməyi olan nüfuzlu şəxsiyyətlər kimi müxtəlif mövzular əksini tapıb.