Gömrük Komitəsi jurnalistlər üçün təlim təşkil edib

  • 0
    paylaşım
  • 11

Bakı, Orxan Kərimov, İnteraz, 30 Sentyabr 2018, 09:12

Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim başa çatıb. Təlimin bağlanış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov iştirak edib. Bağlanış mərasimindən əvvəl 4 gün boyunca iştirakçıların əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov təlimdə iştirak edən media nümayəndələrinə dərin təşəkkürünü bildirib, "Gömrük islahatları və modernləşdirmə" mövzusundakı təlimin qarşılıqlı faydalı əməkdaşlığın daha da peşəkar və səmərəli müstəvidə davam edəcəyinə şərait yaradacağını diqqətə çatdırıb. Sonda təlimin qiymətləndirilməsi prosesində fərqlənən jurnalistlər mükafatlandırılıb, eləcə də təlimdə iştirak edən kütləvi informasiya vasitələrinin nümayəndələrinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.