Aşura günündə insan izdihamı yaşanır

  • 0
    paylaşım
  • 45

Bakı, Orxan Kərimov, İnteraz, 20 Sentyabr 2018, 15:26

Bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. Dünyanın əksər yerlərində olduğu kimi Azərbaycanda da Aşura mərasimləri qeyd olunur. Minlərlə insanın qatıldığı əza mərasimlərində novhə və mərsiyyələr oxunub. Bu faciənin tarixi nöqtələrini özündə ehtiva edən xütbələr edilib. Kərbəla şəhidləri,dünya müsəlmanları və Azərbaycan xalqına dualar edilib,uca Allahdan işğal olunmuş torpaqların tezliklə geri qaytarılması istənilərək bu yolda şəhid olmuş vətən oğulları yad edilib.