“Könüllülər Yurdu- Azərbaycan” layihəsi başa çatıb

  • 0
    paylaşım
  • 10

Bakı, Orxan Kərimov, İnteraz, 12 Sentyabr 2017, 10:46

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı həyata keçirilən “Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb. Tədbiri giriş sözü ilə açan ASAN Könüllüləri təşkilatının sədri Bəxtiyar İslamov layihə ilə bağlı məlumat verərək bildirib ki, layihənin keçirilməsində əsas məqsəd könüllü fəaliyyətini təbliğ etməklə gəncləri könüllü fəaliyətə cəlb etmək və bununla da sosial-ictimai sahədə gənclərinin rolunun artırılmasına nail olmaqdır. Çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov bildirib ki, bugünki tədbir dövlət rəhbərliyinin həyata keçirdiyi gənclər siyasətinin bir təcəssümüdür. İnam Kərimov həmçinin bildirib ki, “ASAN xidmət”in tərkib hissəsi olan 12 mindən çox könüllü eyni zamanda respublikamızda keçirilən beynəlxalq yarışların uğurla yekunlaşmasında yaxından iştirak ediblər. Qeyd edək ki, 24 şəhər və rayonda həyata keçirilən “Könüllülər Yurdu-Azərbaycan” layihəsində ümumilikdə 1000-ə yaxın gənc iştirak edib.

DİQƏR FOTOLENTLƏR