Bakıda “Diqqətli ol!, Ailəniz Sizi Gözləyir!” devizi altında aksiya keçirilib

  • 0
    paylaşım
  • 43

Bakı, Orxan Kərimov, İnteraz, 12 Avqust 2017, 09:16

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıği ilə Respublikanın 24 şəhər və rayonunu əhatə edəcək “Könüllülər Yurdu-Azərbaycan” layihəsinə start verilib. Bakıda başlayan layihə, avqustun 25-də Qəbələdə başa çatacaq. Könüllülük fəlsəfəsi və dəyərlərinin təbliğini ilk olaraq ölkənin paytaxt şəhəri Bakıdan başlayıb və artıq ilk təlim və aksiya keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetində əvvəlcə açılış mərasimi baş tutub, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşalara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin İnsan Resursları və Təlim Şöbəsininn müdir müavini Cahangir Hacıyev və “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov çıxış edərək ilkin məlumatlar verib, “ASAN Könüllüləri” Təşkilatının fəaliyyətlərinin əhəmiyyətini gənclərə çatdırıblar.

DİQƏR FOTOLENTLƏR