Azərbaycana maşın idxalı artıb

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 739 ədəd və yaxud 2,5 dəfə çoxdur

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 16:05

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 14 min 680 ədəd minik avtomobili gətirilib. Bu, ölkəyə gətirilən avtomobillərin 90%-ni təşkil edir. 

 

İnterAz xəbər verir ki, ümumilikdə xaricdən 16 382 ədəd avtomobil gətirilib.

 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 739 ədəd və yaxud 2,5 dəfə çoxdur.

 

Avtomobillərin 110 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələri, 1 507 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 85 ədədi xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.