SOCAR prezidenti Türkiyənin energetika naziri ilə görüşüb

Məlumata görə, görüşdə R.Abdullayev SOCAR-ın Türkiyədəki layihələri və gələn həftə açılışının həyata keçirilməsi planlaşdırılan STAR zavodu ilə bağlı son məlumatları nazirin diqqətinə çatdırıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 15:40

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmezlə görüşüb.

 

İnterAz bu barədə SOCAR-ın Türkiyədəki törəməsi - “SOCAR Turkey Enerji A.Ş”yə istinadən xəbər verir.

 

Məlumata görə, görüşdə R.Abdullayev SOCAR-ın Türkiyədəki layihələri və gələn həftə açılışının həyata keçirilməsi planlaşdırılan STAR zavodu ilə bağlı son məlumatları nazirin diqqətinə çatdırıb.