Bakıda iki marşrut xəttində dəyişiklik edilib

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 12:47

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Bakı Nəqliyyat Agentliyindən İnterAz-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.

 

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.