Badamdar şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 12 Oktyabr 2018, 12:36

Bakının Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

 

Bu barədə İnterAz-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

Məlumata görə,  bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib: "Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər. Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq".