Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 milyard dollar köçürülüb

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib

Bakı, Nazilə Xaqani, İnteraz - 21 Noyabr 2017, 14:55

Son 10 ildə Dövlət Neft Fondundan büdcəyə 76 milyard dollar köçürülüb.

İnterAz xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.