Beynəlxalq Valyuta Fondunun missiyası Azərbaycana gələcək

Missiyanın məqsədi Azərbaycanın 2018-ci il dövlət büdcəsi və ölkədə aparılan iqtisadi islahatların yekunu üzrə müzakirələr aparmaqdır

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 17:29

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası Azərbaycana dekabr ayının birinci yarısında gələcək. 

İnterAz xəbər verir ki, bunu Bakıda səfərdə olan Fondun Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

O qeyd edib ki, missiyanın məqsədi Azərbaycanın 2018-ci il dövlət büdcəsi və ölkədə aparılan iqtisadi islahatların yekunu üzrə müzakirələr aparmaqdır.