Sahil Babayev: Son yeddi ayda Azərbaycan məhsullarının Rusiyaya ixracı 55 faiz artıb

Bir çox şirkətlərimiz Rusiya bazarlarına ixracla bağlı müqavilələr imzalayıblar

Moskva, İqbal Rüstəmov, İnteraz - 11 Sentyabr 2017, 20:44

“Rusiya paytaxtında keçirilən “WorldFood Moscow” Beynəlxalq Ərzaq Malları Sərgisində ən çox maraq doğuran “Made in Azerbaijan” milli stendidir. Artıq bir çox şirkətlərimiz Rusiya bazarlarına ixracla bağlı müqavilələr imzalayıblar”. 

Bu firkirləri İnterAz-a açıqlamasında 
Moskvada keçirilən “WorldFood Moscow” Beynəlxalq Ərzaq Malları Sərgisində iştirak edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev söyləyib.

S.Babayevin sözlərinə görə, Azərbaycan ərzaqlarının dequstasiyası, milli kulinariyamızın, musiqimizin, rəqslərimizin nümayişi də sərgidə fərqli əval-ruhiyyə yaradıb. “Bu cür sərgilər vasitəsilə Azərbaycanın qeyri-neft ixracı, Azərbaycanın bazarının şaxələndirilməsi ilə bağlı nailiyyətlər əldə edəcəyimizə əminik. Bu ilin ötən 7 ayı ərzində Azərbaycanda qeyri-neft ixracı 30 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 38 faiz, sənaye məhsullarının ixracı isə 23 faiz artıb. Bu, bir daha ölkəmizdə Azərbaycan mallarının xarici bazarlara çıxarılması sahədə həyata keçirilən siyasətin uğurundan xəbər verir”, - deyə nazir müavini bildirib.

Rusiya ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində olduğunu diqqətə çatdıran Sahil Babayev bildirib ki, bu ilin 7 ayında Azərbaycan məhsullarının Rusiyaya ixracı 55 faiz artıb. Rusiyanın ixrac üçün böyük imkanlara malik olduğunu vurğulayn nazir müavini Azərbaycan şirkətlərinin bu bazara intensiv yönəldildiyini qeyd edib.

S.Babayev Azərbaycan Prezidentinin müfaviq Fərmanına uyğun olaraq xarici ölkələrdəki səfirliklərdə ticarət nümayəndəliklərinin yaradılmasının əhəmiyyətini vurğulayıb: “Rusiyada da ticarət nümayəndəmiz fəliyyətə başlayır və hazırda bu qurumun aparatının formalaşması üzərində iş gedir”.

Sərginin keçirilməsindən də danışan nazir müavini beynəlxalq sərgilərdə Azərbaycan Respublikasının iştirakının ölkəmizin inkişafına və yerli bazarın, yerli məhsulların artımına bir işarə olduğunu da nəzərə çatdırdı.