Dollar kəskin bahalaşıb

Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb

  • 16374

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 13:35

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilib.

AMB-dən İnterAz-a verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilib.

Hərracda manatın orta çəkili məzənnəsi 1,7867 səviyyəsində formalaşıb.