Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2 450 ədəd olub

Ötən ilin yanvar-noyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 73 175 ədəd olub

  • 87

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 17:10

Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən il dekabrın 1-nə 2 450 ədəd təşkil edib.

İnterAz Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, bankomatların 1 322-si paytaxtda, 1 128-i regionlarda quraşdırılıb.

Ötən ilin yanvar-noyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan POS-terminalların sayı 73 175 ədəd olub ki, bunun da 40 543-ü Bakının, 32 632-si isə regionların payına düşür. Pərakəndə ticarət obyektlərində isə 72 277 POS-terminal quraşdırılıb.