Azərbaycan nefti bir dollardan çox ucuzlaşıb

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar ucuzlaşıb

  • 28

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 10:31

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

İnterAz xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar bahalaşaraq 50,96 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar artaraq 53,73 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,16 dollar ucuzlaşaraq 54,67 dollar təşkil edib.